AMEA-nın işçiləri yenidən attestasiyadan keçiriləcəklər

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzv yerlərinə seçkilər keçirildikdən və yeni Rəyasət Heyəti formalaşdıqdan, təsdiqləndikdən sonra bu qurumda çalışan işçilər arasında növbəti attestasiya keçirilə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü AMEA-nın prezidenti Mahmud Kərimov deyib. Kərimov bildirib ki, attestasiyanın keçirilməsi üçün AMEA-nın institutlarının direktorları da yenidən təsdiq edilməlidir.
Onun sözlərinə görə, AMEA-da hər 5 ildən bir elmi işçilərin attestasiyasi, bəzi vəzifələrin tutulması üçün yenidən seçkilər keçirilir.
“Şöbə müdirləri, baş elmi işçilər, aparıcı elmi işçilərin hər bir 5 ildən bir yenidən vəzifəyə seçilərək attestasiya edilirlər. Əgər AMEA-nın müxbir və həqiqi üzv yerlərinə seçkilər bu il keçirlərsə, onda biz seçkilərdən sonra yəqin ki, attestasiyanı həyata keçirə bilərik”, – Kərimov deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO