“Türkiyənin atacağı heç bir addım bizi erməni soyqırımını tanıtmaq istiqamətindən çəkindirə bilməz”

“Biz dəfələrlə bəyan etmişik və bir daha bildiririk ki, Türkiyənin atacağı heç bir addım bizim erməni soyqırımını tanıtmaq və qınamaq istiqamətində aktiv fəaliyyətimiz sual altına qoya bilməz”,bu fikirləri “Andin” jurnalına müsahibəsində Ermənistan prezidenti Serj Sərkisyan söyləyib. Prezident həmçinin qeyd edib ki, artıq Ermənistan və Türkiyəni dəstəkləyən vasitəçilərlə ikitərəfli münasibətlərin stabilləşməsi prosesində “məqbul zaman”ı konkretləşdirmək vaxtı çatıb: “Hamının anlayışla qarşıladığı bu müddət müəyyən olunduqdan sonra Türkiyə tərəfdən konkret addımlar atılmasa, konkret addımlara keçmək lazımdır. Bizim protokolları bir məqsəd kimi dəstəkləmək arzumuz yoxdur. Türkiyə bu prosesdə ikili davranır, bu isə prosesi faktiki olaraq dondurub”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO