İsraildə 19-cu çağırış Knessetə seçkilər başlayıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bütün ərazisində və İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində məntəqələr açılıb. Ölkədə seçicilərin sayı 5,65 milyon nəfərdir. Son sosioloji sorğulara əsasən indiki baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası ilə “Evimiz İsrail” Partiyasının təşkil etdiyi blokun 32 yer qazanaraq birinci olması gözlənilir. Blokun ən yaxın rəqibi “Avoda” Partiyasının 17 yer alacağı proqnozlaşdırılır. Üçüncü yerdə sağ-dinçi partiya “Yəhudi Evi” gəlir. Seçki nəticəsində B. Netanyahunun yeni hökumət formalaşdırması gözlənilir.
Apa.az