Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) yeni Gəmiqayırma Zavoduna öz ehtiyaclarını təmin etmək üçün gəmilərin tikintisi üzrə sifarişlər vermək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə Gəmiçiliyin rəhbəri Aydın Bəşirov bildirib.
Bəşirov qeyd edib ki, ADXDG hələ sifariş verməyib, çünki zavod artıq 5 il üçün sifarişlərlə təmin olunub.
“İndiyədək Gəmiçilik üçün gəmilərin tikintisi üzrə bütün sifarişlər digər ölkələrin gəmiqayırma tərsanələrinə verilirdi”, – o deyib.
Trend.az