Yanvarın 21-də Ermənistanda prezident seçkiləri üzrə rəsmi təbliğat kampaniyasına başlanılıb. Trend-in məlumatına görə, bu barədə “Armenian report” yazır. Bu gündən etibarən dövlət başçısı postuna bütün namizədlər İctimai televiziyanın və radionun efirində ödənişli və ödənişsiz vaxt alacaqlar, eləcə də özəl televiziya və radiostansiyalardan efir almaq imkanına malik olacaqlar.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlər İctimai televiziyanın efirində 60 dəqiqə, İctimai radioda isə 120 dəqiqə ödənişsiz efir vaxtından istifadə edə biləcəklər.
MSK-da keçirilən püşatma nəticəsində yanvarın 21-də ilk olaraq ödənişsiz efir vaxtından Payurk Ayrikyan yaralanacaq, fevralın 16-da isə onu hazırkı prezident Serj Sarkisyan başa vuracaq.
Təbliğat kampaniyası fevralın 17-də gecə yarısı başa çatacaq.
Trend.az