Sentyabrın 15-dək Bakı Metropoliteninin “28 May” stansiyasının əsas girişinin yenidən qurulmasının başa çatdırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə metropolitenin rəisi Tağı Əhmədov bildirib.
O, həmçinin qeyd edib ki, 2-2,5 il ərzində “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istismara veriləcək.
Əhmədovun sözlərinə görə, ilin sonuna metronun yeni stansiyasının açılışı gözlənilir, lakin metropoliten rəisi stansiyanın necə adlandırılacağını deməyib.
Trend.az