Barak Obama ikinci dəfə ABŞ prezidenti kimi and içib

Barak Obama ikinci dəfə ABŞ prezidenti kimi and içib. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, yalnız prezidentin ailə üzvlərinin iştirak etdiyi mərasimdə Barak Obamanın andını ABŞ Ali Məhkəməsinin sədri Con Roberts qəbul edib. Obamanın ilk prezidentlik müddəti yanvarın 20-də yerli vaxtla saat 12:00-da başa çatıb. ABŞ Konstitusiyasına görə, prezidentlər və vitse-prezidentlər yanvarın 20-də and içməlidir. Dünən bazar gününə təsadüf etdiyindən, ABŞ prezidentinin təntənəli inauqurasiya mərasimi bu gün keçiriləcək. Tədbirdə ABŞ-ın dövlət himnini dünya şöhrətli qaradərili müğənni Beyonse oxuyacaq. Burada maraqlı məqam ondan ibarətdir ki, 21 yanvar ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Lüter Kinqin anım günü kimi qeyd olunur.
Xatırladaq ki, demokrat Barak Obama 6 noyabr 2012-ci ildə keçirilən prezident seçkilərində respublikaçı Mitt Romniyə qalib gəlib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO