Havaların isti keçməsi nəticəsində Kürdə suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 40-160, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 130 m3/s, ongünlük normanın 81 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir.
Son günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artımı nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, yanvarın 16-dan başlayaraq Kür çayının Surra məntəqəsində 55 sm, Şirvanda 54 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində 50 sm artım müşahidə olunub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Su səviyyəsinin artmasına baxmayaraq, hazırda sabit sululuq müşahidə olunur.

Apa.az

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO