Ötən il ərzində Azərbaycan əhalisinin sayı 2011-ci ilə nisbətən 121,4 min nəfər və ya 1,3% artaraq 9,356 mln. nəfərə çatıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin yarıdan çoxu – 52,9%-i şəhərlərdə yaşayır. Azərbaycanda qadınların sayı kişilərə nisbətən yenə də çox olaraq qalır – 50,4%. Belə ki, hər 1 000 nəfər kişiyə 1 016 qadın düşür.
Ölkədə gənclər əhalinin 30,3%-ni təşkil edir.
Apa.az