2013-cü ildə Azərbaycanda inflyasiya 3-5 faiz səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, 2011-ci illə müqayisədə 2012-ci ildə istehlak qiymətləri və xidmət tarifləri 1,1 faiz bahalaşıb. O cümlədən ərzaq mallarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq malları 1 faiz, xidmət tarifləri 1,2 faiz bahalaşıb.
“Dekabrda inflyasiya 0,7 faiz təşkil edib. Ərzaq malları 1,3 faiz bahalaşıb, qeyri-ərzaq malları və xidmətlərin qiymətləri isə dəyişməyib”, – Vəliyev deyib.
Trend.az