ABŞ müdafiə nazirinin baş müşavirinin Azərbaycana səfəri başa çatıb

ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin Azərbaycana səfəri başa çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ səfirliyindən bildirilib. Ketlin Hiksin səfərinin məqsədi ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığı dərinləşdirməkdən ibarət olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanım Hiks təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr, o cümlədən terrorizmlə mübarizə üzrə əməkdaşlıq, enerji təhlükəsizliyinin inkişaf etdirilməsi, hava yolu ilə yük daşımaları və dəniz yolu ilə nəqliyyat əməliyyatları haqqında müzakirələr aparıblar.
Xanım Hiks Əfqanıstanda ABŞ və Koalisiya qüvvələrinin apardıqları əməliyyatlara dəstəyinə görə Azərbaycana dərin minnətdarlığını bildirib və hər iki tərəf 2014-cü ildə qüvvələrin çıxarılmasından sonra Əfqanıstana edəcəkləri köməklə bağlı öhdəliklərini təsdiq ediblər.
Bundan başqa, xanım Hiks Azərbaycanın müdafiə, xarici işlər və milli təhlükəsizlik nazirləri ilə görüşüb, ABŞ-Azərbaycan əməkdaşlığını gələcəkdə gücləndirmək üçün təşəbbüsləri müzakirə edib.
Hiks, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni, ən müasir tələblərə cavab verən yükdaşıma fəaliyyətləri və avadanlıqları ilə tanış olub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO