Azərbaycanın işğal altındakı Zəngilan rayonuna 200-ə yaxın Suriya ermənisi yerləşdirilib

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonuna Suriyadan gəlmiş 200-ə yaxın erməni yerləşdirilib. APA-nın “yerkramas.org” saytına istinadən verdiyi xəbərə görə, köçkünlərə ev tikintisi və kənd təsərrüfatı işləri üçün kredit verilib. Onların çoxu ermənicə bilmir və ərəbcə danışırlar. Erməni dilini bilməyən məktəblilər üçün yerli məktəbdə dərnək yaradılıb.
Xatırladaq ki, Azərbaycan işğal olunmuş ərazilərdəki məskunlaşdırma siyasətinə kəskin etiraz edir və bu məsələni dəfələrlə beynəlxalq təşkilatlarda və toplantılarda qaldırıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO