Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə günü imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb. Trend-in məlumatına görə, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 87 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib.
Qeyd edək ki, əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərov və Taleh Xasməmmədov, müxalifətçi Şahin Həsənov da var.
Bundan başqa, əfv olunanlar sırasında İran, Türkiyə, Gürcüstan, Nigeriya və Banqladeş vətəndaşları da var.
Əfv sərəncamının icrasında Ombudsman aparatının, ictimaiyyət, media nümayəndələri iştirak edirlər.
Trend.az