Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə «+110 Şərq» su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri aparılır. «Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar dekabrın 25-26-da paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.
Apa.az