KONSTİTUSİYA MƏHKƏMƏSİNİN İCLASI BAŞLAYIB

Bu gün prezident seçkilərinin nəticələri rəsmən elan olunacaq

Bu gün Konstitusiya Məhkəməsinin Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinin elan olunması ilə bağlı iclası başlayıb. İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. MSK sədri prezident seçkilərinə hazırlıq, seçkilərin təşkili barədə geniş məlumat verib. M. Pənahov səsvermənin nəticələrini açıqlayıb. O, bildirib ki, MSK-nın elan etdiyi yekun nəticələrə əsasən, prezidentliyə namizəd İlham Əliyev 88,73 faiz (3.232.259), İqbal Ağazadə 2,86 faiz (104.279), Fazil Qəzənfəroğlu 2,47 faiz (89.985), Qüdrət Həsənquliyev 2,28 faiz (83,037), Qulamhüseyn Əlibəyli 2,23 faiz (81.120), Fuad Əliyev 0,78 faiz (28.423), Hafiz Hacıyev 0,65 faiz (23.771) səs toplayıb.
MSK sədri qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı quruma bir dənə də olsa şikayət daxil olmayıb. MSK sədrinin müavini Svetlana Qasımova beynəlxalq təşkilatların seçkilərin demokratik keçirildiyini elan etdiyini bildirib. S. Qasımova qeyd edib ki, bu seçkilər bir sıra ölkələrə nümunə ola bilər. MSK sədrinin müavini ölkə üzrə 8 məntəqədə səsvermənin nəticələrinin ləğv olunduğunu, bunun yekun protokollarda qaralamaların olması ilə bağlı olduğunu açıqlayıb.
Daha sonra iclasda ekspert qismində Dövlət Statistika Komitəsinin baş məsləhətçisi Nərminə Quliyeva və Bakı Dövlət Universitetinin Konstitusiya Hüququ Kafedrasının baş müəllimi Elşad Nəsirli çıxış edib. Ekspertlər seçkilərin nəticələrinin qanunauyğun olduğunu bildiriblər. Bundan sonra məhkəmə heyəti qərarı elan etmək üçün müşavirəyə gedib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO