“MDB Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan yalnız bir sənədə imza atıb”

Rusiya paytaxtında Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan-Rusiya hərbi əməkdaşlığı və Qəbələ RLS-lə bağlı məsələlər müzakirə olunub. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, görüş zamanı Azərbaycan və Rusiya müdafiə nazirləri növbəti 1 il üçün hərbi əməkdaşlıq planı haqqında sənədə imza atıblar.
Azərbaycanla Rusiya arasında vəziyyətin gərgin olduğunu söyləyən mənbə onu da bildirib ki, MDB müdafiə nazirlərinin iclasında Azərbaycan tərəfi bir sıra sənədlərə imza atmayıb. Azərbaycan tərəfinin imzaladığı sənəd yalnız 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin 70 illiyinin qeyd olunması üçün hazırlıq haqqında sənəd olub.
Bundan başqa Səfər Əbiyev Belarus, Qazaxıstan və Qırğızıstan müdafiə nazirləri ilə də ikitərəfli görüş keçirib. Görüşlər zamanı Azərbaycanla bu ölkələr arasında növbəti 1 il üçün hərbi əməkdaşlıq planı haqqında sənəd imzalanıb.
Qeyd edək ki, MDB ölkələri müdafiə nazirlərinin görüşündə hava hücumundan vahid müdafiə sisteminin yaradılması, silahlı qüvvələrinin metroloji təminatının təkmilləşdirilməsi, Müdafiə Nazirliklərinin beynəlxalq hərbi əməkdaşlıq orqanlarının qarşılıqlı fəaliyyəti, mühəndislər korpusunun birgə fəaliyyət göstərməsi, mühəndis avadanlıqlarının modernləşdirilməsi və təmiri, vahid arxiv kataloqunun formalaşdırılması və s. məsələlər müzakirə olunub.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO