Oqtay Əsədov: Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi xalqımızın uğurudur

İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi xalqımızın uğurudur, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib. O qeyd edib ki, Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsi təşəbbüsü ilə çıxış edəndə, onun bu sahədə təcrübəsinin olmamasını qeyd etmişdilər. Spiker deyib ki, Avropa Oyunlarının təşkili ölkəmizin belə mötəbər tədbirlər keçirmək bacarığını nümayiş etdirəcək.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov isə çıxışında bildirib ki, tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Bakıda keçrilməsi Azərbaycanın bütün dünyada artan nüfuzunun təzahürüdür.
“Artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”, – o deyib.
Əhmədov qeyd edib ki, 2015-ci ildə ilk dəfə keçiriləcək bu oyunlar ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından, Azərbaycanın Avropada artan nüfuzundan xəbər verir.
“Azərbaycan hökuməti 2015-ci ildə bu tədbiri təşkil etməklə Azərbaycanın müasir tarixinin çox şanlı səhifəsini yazacaq. Bütün bunlar Azərbaycanın mənafeyinə xidmət edir”, – Əhmədov deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO