Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-noyabr aylarında qeyri-büdcə sektoru

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2276,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 362,9 mln. manat və ya 19,8 faiz çoxdur. DSMF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 16,3 faiz və ya 175,1 mln. manat artaraq 1249,2 mln. manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,7 faizi və ya 770,7 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 11 ayının göstəricisinə nisbətən 20,7 faiz və ya 132,2 mln. manat artıb, proqnoz isə 112,1 faiz icra olunub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin ilk 11 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 25,4 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 45,2 faiz artıb.
2012-ci ilin yanvar-noyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 478,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz və ya 42,8 mln. manat artıb.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,6 mln. manat təşkil edib.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2012-ci ilin yanvar-íîéàáð aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2226,8 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2185,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 363,9 mln. manat və ya 20,0 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,3 faiz və ya 360,5 mln. manat artaraq 2134,2 mln. manat təşkil edib.
2012-ci ilin yanvar-noyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 51,3 mln. manat məbləğində müavinət ödənilib.
Ümumilikdə, 11 ay ərzində Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 101,0% icra olunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO