“Azəricard” prosessinq mərkəzi bankomatlar (cash in) vasitəsi ilə plastik kartlara pul vəsaitlərinin köçürülməsi xidmətini tətbiq edib. Bu barədə bazar ertəsi Trend-ə “Azəricard”ın Biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib. Məmmədovun sözlərinə görə, hazırda xidmət Azərbaycan Beynəlxalq Bankının nağd pullar qəbul edən bankomatlarında aktivdir.
Xidmət yaxın vaxtlarda respublikanın başqa banklarının cash-in bankomatlarında da aktiv olacaq.
Hazırda “Azəricard” şəbəkəsində təxminən 1500 bankomat, 30 min POS-terminal və iki milyon kart xidmət göstərir.
Bu gün “Azəricard”da 30 bank xidmət edir.
Azərbaycanda 43 bank fəaliyyət göstərir.
Trend.az