Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası açılıb. APA-nın Dublinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, iclasda 57 üzv ölkənin nazirləri təşkilatın il ərzində fəaliyyəti, İrlandiyanın sədrliyi dövründə əldə edilən nəticələri müzakirə edəcək, Avrasiya məkanında təhlükəsizlik, münaqişələrin həlli, transmilli təhdidlər, trafikinq, kiber təhlükəsizlik və insan haqlarının qorunması məsələləri barədə fikir mübadiləsi aparacaqlar.
Apa.az