İstanbulda Beynəlxalq Xəzər Forumu keçirilir

APA-nın Türkiyə müxbirinin məlumatına görə, tədbirdə Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavas açılış nitqi ilə çıxış edib. Tədbirin məqsədi regional əməkdaşlığı, ticarət və investisiya təşviqini inkişaf etdirməkdir. Panel iclaslarında enerji, enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi inkişaf, investisiya imkanları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Forumda Türkiyə, Azərbaycan, Rusiya, ABŞ, İngiltərə, İsrail, Gürcüstandan olan rəsmi şəxslərin, ekspertlərin, beynəlxalq təşkilatların, şirkətlərin, mətbuat və QHT-lərin nümayəndələri iştirak edirlər.
Azərbaycan tərəfdən panel iclaslarında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, nəqliyyat nazirinin müavini Musa Pənahov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun çıxışları dinləniləcək.
Tədbirin sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO