Bakıda QİƏT Parlament Məclisinin komitə iclası keçirilib

Bakıda bazar ertəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirilib. İclasın açılışında QİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev iştirakçıları salamlayaraq bu iclasın böyük əhəmiyyət kəsb etdiyi qeyd edib. Trend-in məlumatına görə, komitənin sədri, Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva iclasın açılışında bildirib ki, iclasda QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatların həyata keçirilməsi ilə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, Baş Assambleyaya məruzəçi təyin olunacaq.
Sonra “QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar” mövzusunda QDİƏT PM-in ukraynalı sədr müavini Lilia Qriqoryeviç tərəfindən məruzə təqdim edilib, müzakirələr aparılıb.
Məruzədə qeyd olunub ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaranıb, yoxsulluğun səviyyəsi artıb, lakin QİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosal təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi yaxşılaşıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb.
“Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təminatı sahəsində ciddi islahatlar həyata keçirilib, bunun nəticəsində yoxsulluğun səviyyəsi aşağı enib, məcburi köçkünlərin müavinətlərinin həcmi artıb, dövlət sektorunda çalışanların məvacibi artırılıb, 2010-cu ildən isə pensiya baza hissəsi artıb və bu sahədə islahatlar uğurla davam edir”, – məruzədə bildirilib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO