Noyabrın üçüncü ongünlüyündə Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin növbəti görüşünün keçiriləcəyi gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Trend-ə görüşün Türkiyədə keçirləcəyi bildirilib.
Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin sonuncu üçtərəfli görüşü martda Naxçıvanda keçirilib. Görüş yekun sənədin-bəyannamənin imzalanması ilə başa çatıb.
Trend.az