Elmar Məmmədyarov Orta Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.

Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nahyan Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovu Əbu-Dabidə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etməyə dəvət edib. Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarovun Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək üçüncü Sir Bani Yas Forumunda iştirak etmək məqsədilə cari ilin 16 noyabr tarixində bu ölkəyə səfəri başlayır.
Orta Şərqdə sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş Forumda dünyanın bir sıra ölkələrinin sabiq və hazırkı xarici işlər nazirləri, nüfuzlu ictimai-siyasi xadimlər və elm adamları iştirak edəcəklər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO