Azərbaycanda yeni böyük nominallı əsginazlar buraxılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib. “Gələcəkdə 200 və 500 manat məbləğində əsginazların buraxılması planlaşdırılır”, – Quliyev qeyd edib.
Onun sözlərinə görə, bu hələ planlaşdırılır və mövcud məsələ üzrə konkret qərar yoxdur, lakin bu məsələyə baxılacaq.
Trend.az