Azərbaycan Müdafiə Nazirliyinin hərbçiləri NATO-nun təlimlərində iştirak edəcəklər. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, “Fərdi Tərəfdaşlıq” Proqramı əsasında Azərbaycan hərbçiləri “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək.
Təlim noyabrın 26-dən dekabrın 2-ə kimi Ankarada keçiriləcək.
Trend.az