“ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq ABŞ-Azərbaycan arasında münasibətlər dəyişməz qalacaq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ-da prezident seçkilərinin nəticələrini şərh edərkən deyib. “Düşünürəm ki, Barak Obamanın növbəti prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq. Azərbaycan ABŞ üçün mühüm bir ölkə olaraq qalacaq. Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik”.
Apa.az