Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı hələ dəqiqləşməyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı hələ dəqiqləşməyib. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Onun sözlərinə görə, hal-hazırda hər iki ölkənin xarici işlər nazirlikləri ilə danışıqlar aparılır: “Ümid edirəm ki, bu həftə ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq”. Rusiyalı həmsədr görüşün Parisdə keçiriləcəyini söyləyib. O, görüşün nəticəsindən asılı olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib.
İqor Popov Minsk Qrupunun Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların davam etdirilməsinin vacib olduğunu söyləyib: “Əsas məsələ dialoqun davam etdirilməsidir. ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr iki ölkə arasında dialoqun qurulmasına kömək edir”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO