Bu ilin 9 ayı ərzində DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artıb

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artıb. 2012-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1051 nəfər əcnəbi vətəndaşa fərdi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 13 272 nəfərə yüksəlib. Fonddan Trend-ə verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2 faizini kişilər, 9,8 faizini isə qadınlar təşkil edir.
Ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Òürkiyə vətəndaşları (7733 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1551 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 687 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (435), Hindistan (294), Çin Xalq Respublikası (259), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (169), Özbəkistan (161), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (116), Almaniya (114), Ukrayna (109), Filippin (108), İtaliya (93), Türkmənistan (91), Malayziya (87), Qazaxıstan (78), ABŞ (71) və s. ölkələr gəlir.
2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO