Egemen Baxış:Türkiyə Aİ-nin ikili standartlarından narazıdır

Türkiyə Avropa İttifaqının ona qarşı istifadə etdiyi ikili standartlardan narazıdır. Bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü “Anadolu” agentliyi yayıb. Nazirin sözlərinə görə, Türkiyənin Aİ üzvü olması üçün müəyyən potensiala malik olmasına baxmayaraq, Avropa Ankaranı Aİ-yə buraxmır.
Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar 2005-ci ildən aparılır. Aİ üzvlərindən əksəriyyətinin dəstəyinə baxmayaraq, Fransa və Almaniya müqabilində “üstünlük verilən tərəfdaşlıq” təklif edərək onun quruma tamhüquqlu üzv olmasına inadla mane olurlar, Ankara isə bununla razılaşmır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO