Bu il Azərbaycanda baş verən yeraltı təkanların sayı ötən ilkindən çoxdur

Bu ilin birinci yarısında Azərbaycanda baş verən yeraltı təkanların sayı ötən ilkindən çoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə baş verən son seysmik proseslərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Ötən il Azərbaycanda 10 mindən artıq yeraltı təkanın olduğunu xatırladan Yetirmişli qeyd edib ki, seysmik stansiyaların sayının çoxalması nəticəsində yeraltı təkanların qeydə alınması asanlaşıb. O qeyd edib ki, hazırda ölkədə 31 seysmik stansiya fəaliyyət göstərir.
“Gələn il quruda 4 stansiyanın quraşdırılması nəzərdə tutulur. Xəzər dənizində 3 dənizdibi stansiyanın quraşdırılmasından sonra stansiyaların sayı 38-ə çatdırılacaq. Bu, çox azdır”, – Yetirmişli deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO