“AŞPA-nın “siyasi məhbus” anlayışına dair sənədi özündə çoxlu sayda ikili standart əks etdirir”

“AŞPA-nın “siyasi məhbus” anlayışına dair sənədi özündə çoxlu sayda ikili standart əks etdirir və siyai məhbus anlayışına dair yeni heç nə deyilməyib. Bu, prinsipcə mümkün də deyildi, çünki belə anlayış ümumiyyətlə mövcud deyil”. Bu açıqlamanı APA-ya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Səməd Seyidov bildirib ki, qəbul olunan sənəd konkret Azərbaycana deyil, bütün Avropa Şurası ölkələrinə tətbiq edilir: “Buna görə də nəticə çıxarmaq üçün hələlik çox tezdir. Bu sənədi dəqiqliklə öyrənmək zəruridir”.
Millət vəkili AŞPA həmməruzəçilərinin öz hesabatlarını başa çatdırmaq üçün ölkəmizə gələn ay səfər edəcəklərini deyib: “Bundan sonra hesabat çox güman ki, AŞPA-nın növbəti sessiyasına təqdim olunacaq”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO