Abid Şərifov: Azərbaycanda qayda-qanunlara riayət olunmadan bir çox binalar tikilib

Yeni tikilən binaların qeydiyyata alınması ciddi məsələdir. Ötən 20 il ərzində istər indi fəaliyyəti dayanan dövlət qurumları, istər kooperativlər tərəfindən qayda-qanunlara riayət olunmadan bir çox binalar tikilib. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərofov bazar ertəsi jurnalistlərə bildirib. “7 mərtəbəli bina üçün icazə alıb 9 mərtəbəli, 9 mərtəbəli bina üçün icazə alıb 15 mərtəbəli binalar tikiblər. Yalnız Bakıda bu cür 200-dən çox bina var. Bu sahədə problemlər var və hazırda bu problemin həlli yolları barədə düşünülür”, – Şərifov deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda 1967-ci ilə qədər tikilən binalarda heç bir antiseysmik tədbirlər görülməyib və zəlzələlərə davamlılıq nəzərə alınmayıb.
“Hətta Yasamalda tikilən beşmərtəbəli binaların layihəsində belə antiseysmik tədbirlər nəzərdə tutulmayıb. Amma hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu yaradılıb ki, bu qurum seysmikliyə qarşı layihələri ekspertiza edir”, – Şərifov deyib.
Şərifov deyib ki, Bakıda “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil.
“Xruşşovka”lardan əvvəl şəhərin ətrafındakı “Naxalstroy”ların məsələsi gündəmdədir. Bir mərtəbəli tikililəri qoyub niyə “Xruşşovkaları” sökməliyik? Kimsə belə şüarı buraxıb, Amma bu həqiqətə uyğun deyil”, – o deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO