Diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı keçirilib

Bu gün Təhsil Nazirliyində xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı keçirilib.
Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov mərasimdə deyib ki, şəxs elektron ərizə ilə müraciət etdikdən sonra ona təhlükəsizlik kodu veriləcək. Müraciətçi həmin kodla sistemə daxil olaraq, öz ərizəsinə baxılma vəziyyətini öyrənə biləcək. Bu sistem əsasında müraciət edən şəxsə sənədlərindəki hansısa çatışmazlıq və ya sənədlərinin qəbul olunub-olunmadığı barədə məlumat verilir.

İstənilən dövlət və qeyri-dövlət müəssisəsi bu sistemdəki məlumatlar barədə mütəmadi olaraq informasiya əldə edə biləcək. Müraciətçinin ərizəsinə o, bütün sənədləri doldurduqdan və müvafiq dövlət rüsumunu (15 manat) ödədikdən sonra baxılır.
Nazir deyib ki, bu sistemin yaradılması şəffaflığın təmin edilməsi yönündə atılan addımlardan biridir. Bu sistemin tətiqi nəticəsində artıq diplomunu tanıtmaq istəyən şəxsin nazirliyə gəlməsinə ehtiyac qalmayacaq.
Mərdanov təqdim olunmuş sistemdə bəzi düzəlişlərin edilməsini də zəruri sayıb.
Onun sözlərinə görə, sistem hələ aktiv deyil. O yalnız müəyyən düzəlişlər edildikdən və tam bəyənildikdən sonra istifadəyə veriləcək.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO