Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə rəy verəcək. APA-nın Venesiya Komissiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu qanun layihəsinin müzakirəsi qurumun oktyabrın 11-də keçiriləcək 92-ci plenar sessiyasının gündəliyinə daxil edilib. Komissiya Azərbaycan Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevlə qanun layihəsi ətrafında fikir mübadiləsi aparacaq.
Sessiyada Ukrayna və Bosniya-Herseqovinadan daxil olan qanun layihələrinə, həmçinin Rusiyanın “Siyasi partiyalar haqqında” qanununa rəy veriləcək.
Apa.az