Türkiyənin TRT-1 kanalında yayımlanan “Gezelim Görelim” proqramının çəkiliş qrupu Azərbaycana gəlir. TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, təcrübəli produsser Nuray Yılmazın aparıcılığı ilə ekranlara gələn “Gezelim Görelim” proqramının çəkiliş qrupu oktyabrın 24-də Qəbələdə çəkilişlərə başlayacaq. Türkiyədə ən çox baxılan televiziya proqramları arasında yer alan “Gezelim Görelim” proqramı Qəbələni bütün gözəllikləri ilə tanıdacaq.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan çəkiliş qrupunun daha sonra Şəkiyə gedəcəyini orada da bir proqram hazırlayacağını bildirib. Y.Dəyərcan oktyabrın 7-də yenə TRT-1 ekranlarında ” Bekir Develi ile Keşif Zamanı” adlı proqramda Bakının gözəlliklərinin ekranlara gələcəyini söyləyib. Bakı vaxtı ilə saat 15.25-də ekranlara gələn bu proqram 7 bölümdən ibarət olaraq. Azərbaycanın gözəllikləri ilə yanaşı, ədəbiyyatını , mədəniyyətini və sənətini TRT vasitəsi ilə dünyaya tanıdacaq.
“Bekir Develi ile Keşif Zamanı” hər bazar günü Bakı vaxtı ilə 15.25-də TRT-1 ekranlarında olacaq.
Apa.az