Oqtay Əsədov Strasburqda Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında iştirak edəcək

Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 20-21-də Strasburqda keçiriləcək Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında iştirak edəcək. APA-nın konfransın saytına istinadən yaydığına məlumata görə, tədbirdə əsas müzakirə mövzusu Avropa İnsan haqları Məhkəməsinin gələcəyi, milli parlamentlərin aktual problemləri, “Ərəb baharı” və digər məsələlər olacaq. Konfransda AŞPA prezidenti Jan-Klod Minyon və AŞ baş katibi Tyornbyorn Yaqland giriş nitqi söyləyəcək. Qeyd edək ki, analoji konfrans ildə iki dəfə keçirilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO