İstanbulda keçirilən Dünya Endourologiya Konqresində azərbaycanlı mütəxəssislər də iştirak edib

İstanbulda keçirilən Dünya Endourologiya Konqresində (World Congress of Endourology and SWL) Azərbaycandan olan mütəxəssislər də iştirak edib. APA-nın xəbərinə görə, toplantının Azərbaycan üzrə əlaqələndiricisi, urologiya uzmanı dr. Rəşad Məmmədov məruzəsində Azərbaycanda endourologiya elminin inkişafı, laparoskopik urologiyadakı nailiyyətlərimizi əks etdirib. Rəşad Məmmədov deyib ki, Dünya Endourologiya Konqresi – endourologiya üzrə dünya çapında bir toplantıdır: “Bu toplantıya dünyanın 38 ölkəsindən mütəxəssislər gəlmişdi. Eyni zamanda konqresə qatılanların sayı 2500 dən çox idi. Qürurverici haldır ki, biz də Vətənimizin bu sahədə nailiyyətlərin göstərə bildik və dünyanın bu sahə üzrə nüfuz sahibləri ilə sıx əlaqələrimiz yarandı. Dünya Gənc Uroloqlar Assosasiyasının Azərbaycan üzrə məsulu doktor Asif Cahangirovun dəstəyi ilə bu toplantıya Azərbaycandan 17 gənc uroloq qatıldı.
Əminəm ki, bu konqres gənc həkimlər üçün səmərəli keçib. Bütün bunlar Azərbaycanda səhiyyənin günbəgün inkişafının və ölkə rəhbərliyinin səhiyyəyə qayğısının əyani sübutudur”.
Xatırladaq ki, Rəşad Məmmədov Azərbaycanda laparoskopik urologiya üzrə tanınmış cərrahdır. Eyni zamanda o, Azərbaycanda robotik uroloji cərrahiyyə üzrə ilk təhsilli mütəxəssisdir.

Apa.a

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO