İran və Türkiyənin xarici işlər nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər

İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Qazaxıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) çərçivəsində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə Trend çərşənbə günü IRNA agentliyinə istinadən məlumat verir.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, bir sıra regional və beynəlxalq məsələlər, xüsusilə Suriyadakı vəziyyət müzakirə olunub.
Salehi bu gün həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb. Görüşdə iki ölkəni maraqlandıran bir sıra məsələlər üzrə müzakirələr aparılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO