İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.
İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, birgünlük səfər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq.
Qeyd edək ki, Seyyid Abbas Əraqçinin iyulun 27-də Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınmışdı. Səfərin təxirə salınmasına səbəb hər iki ölkənin məsul şəxslərinin görüş proqramının sıxlığı olmuşdu.
Trend. az