FHN 2012-ci ilin I yarısında respublika baş verən hadisələrin statistikasını açıqlayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2012-ci ilin I yarısında respublika baş verən hadisələrin statistikasını açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında respublika ərazisində 11 partlayış hadisəsi baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 hadisə və ya 45% azdır. Partlayışlar zamanı 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Bundan başqa 2012-ci ilin yanvar-iyun aylarında ölkə ərazisində baş verən yanğınların aradan qaldırılması üçün nazirliyə daxil olan çağırışlar əsasında 3960 çıxış olub. Qeydə alınan yanğın hadisələri zamanı 34 nəfər həlak olub, 49 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 13% çox, xəsarət alanların sayı isə 11 nəfər və ya 18% azdır.
2012-ci ilin I yarım illiyi ərzində respublika ərazisində 4057 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 1427 hadisə və ya 54% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 43 nəfər həlak olub, 66 nəfər xəsarət alıb, 143 nəfər xilas edilib və 26 nəfər təxliyə olunub.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO