Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının artilleriya gəmilərini modernləşdirir. Bu barədə APA Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib. Modernləşdirmə nəticəsində gəmilər müasir kombinasiya edilmiş dizel-qaz edilmiş dizel-qaz turbini ilə təchiz olunub. Eyni zamanda gəmilərin döyüş hissələri, silah sistemləri, rabitə vasitələri və avtomatikası müasirləşdirilib. Gəmilərə QLONASS naviqasiya vasitələri qurulub.
Modernləşdirilmiş ilk kiçik artilleriya gəmisi olan MAK-160 daxil olmaqla, Xəzər Flotiliyasının 15 gəmisinin iştirakı ilə yaxın günlərdə dənizdə döyüş atışı ilə təlimin keçirilməsi planlaşdırılır.
Apa.az