ATƏT Parlament Assambleyasının yeni prezidenti seçilib.

İtaliyalı Rikkardo Miqliori ATƏT Parlament Assambleyasının prezidenti seçilib.
Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar təşkilatın Monakoda keçirilən sessiyasında qəbul olunub.
Miqliori ATƏT Parlament Assambleyasının prezidenti vəzifəsinə seçilən ilk italiyalı olub. 60 yaşlı Miqliori ona bu etimadın göstərilməsinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində müxtəlif sahələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün təşkilata üzv ölkələrin nümayəndə heyətləri ilə sıx əməkdaşlıq edəcəyini bildirib.
Sessiyada həmçinin 5 vitse-prezident seçilib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO