Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Azərbaycana qayıdıb. Trend-in məlumatına görə, 20 ilə yaxındır, Moskvada mühacir həyatı yaşayan eks-prezident iyulun 7-də axşam saatlarında Bakıya dönüb.
Azərbaycan Sosial Demokrat Partiyasından Trend-ə bildiriblər ki, Mütəllibovu eks-prezident üçün ayrılmış mühafizəçilər müşayiət edib.
Xatırladaq ki, Mütəllibovun Azərbaycana qayıdışı eks-prezident haqqında qanunun qəbul olunması nəticəsində mümkün olub.
Mütəllibov bir neçə gün öncə həmsədri olduğu ASDP-dən və bütövlükdə siyasətdən getdiyini açıqlamışdı.
Trend.az