Monakoda ATƏT Parlament Assambleyasının “ATƏT dəyişikliklər regionu” mövzusunda 21-ci sessiyası keçirilir.

Monakoda ATƏT Parlament Assambleyasının “ATƏT dəyişikliklər regionu” mövzusunda 21-ci sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiyanın əsas müzakirə mövzusu “ATƏT: dəyişikliklər regionu”dur. Sessiyada ATƏT üzvü ölkələrin parlamentariləri hesabatları dinləyəcək, siyasi məsələlər və təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit, insan haqları komitələri üzrə qətnamələr qəbul edəcəklər. Sessiyanın açılış mərasimində ATƏT PA-nın prezidenti Petros Eftimiu, Monako Knyazlığının dövlət naziri Mişel Roje, ATƏT sədri Eymon Gilmor iştirak ediblər.

Litvalı deputat Viliya Abramikienenin siyasi məsələlər üzrə komitədə təqdim edəcəyi hesabatda ATƏT məkanında həlli olunmamış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin öz əksini tapacağı gözlənilir.

Sessiyanın yekununda Monako Bəyannaməsi qəbul olunacaq, ATƏT PA-nın yeni prezidenti seçiləcək.

Sessiyada 50-dən artıq ölkəni təmsil edən 270-dək deputat iştirak edir. Azərbaycandan sessiyaya Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti qatılıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO