Avropa Birliyinin prezidenti: “Münaqişə tərəfləri arasında etimad yaranmasa, heç vaxt sülh olmayacaq”.

“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək səylərini davam etdirəcək. Bölgədə sabitlik yaranmayınca bir çox planı həyata keçirmək mümkün olmayacaq”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Dillər Universitetində çıxışında Avropa Birliyinin prezidenti Herman van Rompey deyib.

O, son vaxtlar təmas xəttində baş verən insidentlərdən ciddi narahat olduğunu bildirərək hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və münaqişəni alovlandırmaqdan çəkinməyə çağırıb: “Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəkləyirik. Bununla yanaşı, AB tərəflər arasında etimad yaradılması üçün əlavə dəstək verə bilər. Tərəflər arasında etimad yaranmasa heç vaxt sülh olmayacaq”.

H. van Rompey qeyd edib ki, münaqişənin həlli üçün vaxt lazımdır: “Bir gündə ev tikmək mümkün deyil, bir gün ərzində münaqişəni həll etmək və ya demokratiya qurmaq da mümkün deyil. Evi inşa etmək üçün kərpicləri bir-bir qoymaq lazımdır. Azərbaycan cəmiyyəti evin inşasını başa çatdırır və Avropa Birliyi bu məsələdə sizə dəstəyini davam etdirir”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO