Ermənilər qorxuda: “Qərb Qarabağ münaqişəsinin hərbi yolla həllinə yaşıl işıq yandıracaq”.

Rusiya tərəfi İsrailin Azərbaycana silah satmasından heç bir narahatlıq duymur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində keçirilən Moskva-İrəvan telekörpüsündə Din və Siyasət İnstitutunun prezidenti, politoloq Aleksandr İqnatenko bildirib. Onun sözlərinə görə, İsraillə Rusiya arasında hərbi sahədə əməkdaşlıq var: “Eyni zamanda İsraillə Azərbaycan arasında da hərbi sahədə əməkdaşlıq ola bilər”.

İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan rəsmi Ermənistanın İrandakı vəziyyətdən narahat olduğunu söyləyib. O, Ermənistanın İranla həm siyasi, həm də iqtisadi əlaqələrinin olduğunu bildirib: “Region ölkələrindən fərqli olaraq İranla Ermənistanın sərhədi açıqdır və İran Ermənistan iqtisadiyyatına mühüm töhfə verir. Belə demək mümkündürsə, İran Ermənistanı həyatla təmin edir”. A. İsgəndəryan bildirib ki, Ermənistan ABŞ-ın İranla yüksək səviyyədə əlaqələr qurmağa icazə verdiyi yeganə ölkədir: “Avropa Birliyinin İrana sanksiya tətbiq etməsi Ermənistan iqtisadiyyatına böyük zərbə vuracaq”.

İsrailin Azərbaycana silah satması faktını şərh edən erməni politoloq Qərb dövlətlərinin Azərbaycandan İrana qarşı istifadə etməsinə inanmadığını söyləyib: “Fikirləşmirəm ki, Azərbaycan hökuməti İranla müharibə başlanacağı təqdirdə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan versin”.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, politoloq Vladimir Sajin bildirib ki, artıq BMT Təhlükəsizlik Şurasının, ABŞ və Avropa Birliyinin sanksiyalarının nəticələri özünü göstərir: “Rəsmi məlumatlara görə, İranda inflyasiya 40 faiz, qeyri-rəsmi rəqəmlərə 70 faizdir. İrada sürətlə bahalaşma gedir. Artıq İran Ali Məclisinin beynəlxalq münasibətlər komitəsində Hörmüz körfəzinin bağlamaqla bağlı müzakirələr gedir. İranın başqa yolu qalmayıb. İran bu yolla ona qarşı olan sanksiyalara cavab vermək istəyir. Əgər İran Hörmüz körfəzini bağlasa, o zaman müharibə qaçılmaz olacaq”.

Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan İrana qarşı hərbi əməliyyatlar başlanacağı təqdirdə Azərbaycanın bundan istifadə edəcəyini söyləyib: “Azərbaycan fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə cəhd göstərəcək. Qərb dövlətləri, xüsusilə ABŞ bunun üçün Azərbaycana yaşıl işıq yandıracaq. Ona görə də, Ermənistan Qərb dövlətlərinin İranla müharibəsinə ciddi yanaşır və bunu Azərbaycan tərəfdən özünə qarşı təhdid kimi görür”.

Erməni politoloqlar İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçi ölkə kimi qoşulmasına da münasibət bildiriblər. A. İsgəndəryanın sözlərinə görə, hazırkı siyasi vəziyyətdə İranın vasitəçilik missiyasını üzərinə götürməsi mümkün deyil: “Ermənistan İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkə kimi çıxış etməsinin lehinədir. Amma bu, praktiki cəhətdən mümkün deyil. Çünki, hal-hazırda problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur və İran bu təşkilatın üzvü deyil. Düşünürəm ki, münaqişənin həllinin bir formatdan digər başqa formata keçirilməsi mümkün deyil. Heç Azərbaycan da İranın vasitəçi ölkə kimi prosesə qoşulmasına şad olmaz”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO