Azərbaycan prezidenti Fransa və İran səfirlərini qəbul edib.

Lent.az-ın azərTAc-a istinadən verdiyi məlumata görə, səfir Paskal Mönye fəxri qarovul dəstəsinin qarşısından keçib.

P.Mönye etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycanla ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Fransa arasında iqtisadi sahədə, o cümlədən enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndiyini deyən dövlət başçısı çoxlu sayda fransız şirkətlərinin Azərbaycandakı fəaliyyətinin önəmini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha səfirin diqqətinə çatdırılıb. Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan prezidenti İlham Əliyev bu gün həmçinin İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı M.Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Lent.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO