Cənubi Qafqaz ölkələri NATO üçün vacib əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda keçirilən konfransda NATO Baş qərərgahının nümayəndəsi Stefan Elqersma bildirib.
Elqersma deyib ki, NATO-Azərbaycan münasibətləri düzgün istiqamətdədir və sağlam kurs götürüb.
“Cənuqi Qafqaz ona görə əhəmiyyətlidir ki, burada nəqliyyat dəhlizi yerləşir, potensial enerji dəhlizi mövcuddur”, – NATO rəsmisi bildirib.
Eyni zamanda o qeyd edib ki, Cənubi Qafqazda həll olunmamış münaqişələr mövcuddur. Bu da region üçün qeyri-stabillik yaradır.
“Bu region ümumilikdə Avropada təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir”, – Elqersma deyib.