Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində 5 359 seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçki məntəqələrin 33-ü Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılıb. Lent.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, artıq xaricdə yaşayan azərbaycanlıların səs verməsi üçün müvafiq ölkələrə səsvermə bülletenləri göndərilib. M.Pənahov deyib ki, Azərbaycandan kənardakı 33 məntəqə 4 dairə seçki komisiyası (DSK) üzrə paylanıb. Bunlar 29 saylı Səbael və 15, 16, 17 saylı Yasamal DSK-larıdır. Seçki günü üzən gəmilərlə hərəkətdə olan seçicilərin də səs verməsi üçün şərait yaradılıb.